Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Aleksandriya” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 12-ci turu çərçivəsində baş tutan Kiyev “Dinamo”su ilə oyunun iştirakçısı olub.
Sözügedən kollektiv bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası meydanı məğlubiyyətlə tərk edib – 1:3.
Emil Mustafayev bu görüşün 88-ci dəqiqəsində meydana buraxılıb. Komandası təsəlli qolunu da məhz Emiliin meydana çıxmasından sonra – 90+1-ci dəqiqədə vurub.
“Aleksandriya” 12 turdan sonra 20 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.


