Futbol üzrə Ukrayna Premyer Liqasında 5-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, azərbaycanlı futbolçu Emil Mustafayevin formasını geyindiyi “Aleksandriya” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Çernomorets” (Odessa) ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 2:1.
Emil bu görüşün iştirakçısı olmayıb. O, bu dəfə də sonadək ehtiyatda qalıb.
“Aleksandriya” 5 turdan sonra 10 xalla 16 iştirakçı arasında 4-cü pillədə qərarlaşıb.


