Azərbaycanın U-21 millisinin yarımmüdafiəçisi Emil Musatafayev Ukraynanın “Aleksandriya” komandasında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu Ukrayna Premyer Liqasının 21-ci turu çərçivəsində baş tutan “Metallist 1925” ilə oyunun iştirakçısı olub.
Sözügedən kollektiv bu rəqiblə səfərdə qarşılaşıb. Futbolçumuzun komandası meydanı qolsuz heç-heçə ilə tərk edib – 0:0.
Emil Mustafayev bu görüşün 61-ci dəqiqəsində meydana buraxılıb.
“Aleksandriya” bu mövsüm keçirdiyi 20 oyunda 33 xal toplayıb. Komanda hazırda 16 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb. Mustafayev isə cari mövsümdə meydana çıxdığı 9 oyunda 2 qol və 2 məhsuldar ötürmə müəllifi olub.


