Emil Mustafayev Ukrayna klubunu “Sumqayıt”a dəyişdi

Ukraynanın “Polesye” klubuna məxsus olan azərbaycanlı yarımmüdafiəçi Emil Mustafayev daha iki mövsüm “Sumqayıt”da çıxış edəcək.

Arena.az bu barədə “Sumqayıt”ın mətbuat xidmətinə istinadən xəbər verir.

Bildirilir ki, 2026/2027-ci illər mövsümü üçün heyət çalışmalarına start vermiş “Sumqayıt” Emil Mustafayevin məxsus olduğu Ukraynanın “Polesye” klubu ilə transfer anlaşması əldə edib. 24 yaşlı yarımmüdafiəçi daha 2 mövsüm Azərbaycan komandasının uğurları üçün çalışacaq.

“Sumqayıt” Emili 2025-ci ilin sentyabr ayında icarə müqaviləsi əsasında heyətinə qatmışdı. Futbolçu ötən mövsüm bu komandanın heyətində 14 oyuna çıxıb, 1 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, Emil Mustafayev Ukraynanın “Aleksandriya” klubunun yetirməsidir. Hücumameyilli yarımmüdafiəçi 2023-cü ilin iyul ayında azad agent kimi “Polesye”yə keçib. 24 yaşlı futbolçu bu komandanın heyətində 34 oyuna çıxıb, 3 qol vurub, 5 məhsuldar ötürmə verib. Emil bir müddət “Çernomorets”də də icarədə olub. O, Odessa təmsilçisinin heyətində 11 oyuna çıxsa da, məhsuldar fəaliyyəti ilə yadda qalmayıb.

Vaxtilə Azərbaycanın U-21 yığmasında 3 oyun keçirmiş Mustafayev 2024-cü ilin mart ayında əsas millimizdə də debüt edib. Yarımmüdafiəçi Azərbaycan millisinin heyətində 5 oyuna çıxsa da, fərqlənə bilməyib.

Gedən: Aleksandr Ramalinqom, Rayan Senhadji, Sənan Muradlı (“Şamaxı”, icarə), Mehdi Cənnətov (“Səbail”)
Müqavilə müddətini artıran:

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: