“Neftçi”nin yeni transferi, Azərbaycan millisinin də üzvü olan Emil Səfərov sabiq klubu, yetirməsi olduği “Qəbələ” ilə vidalaşıb.
Arena.az xəbər verir ki, 21 yaşlı futbolçu sosial şəbəkə hesabı vasitəsilə bölgə təmsilçisinə və onun azarkeşlərinə vida mesajı göndərib.
Yarımmüdafiəçi hər şeyə görə “Qəbələ”yə təşəkkür edib:
“Bu illər ərzində birlikdə mənə dəstək olan, çiyin-çiyinə məşq edən komanda yoldaşlarım, texniki heyət, məşqçilər, “Red Black Army” azarkeş qrupu və klub prezidentinə təşəkkürümü bildirirəm. Allah hamımızın yolunu açıq etsin. Burdan ayrılmaq çətindir mənim üçün. İnşallah, komanda düşdüyü çətinlikdən çıxacaq və daha güclü “Qəbələ” görəcəyik. Hər birinizə “çox sağ olun” deyirəm, gələcək karyeranızda uğurlar arzu edirəm. Görüşmək ümidi ilə”.
Xatırladaq ki, “Qəbələ” klubunun yetirməsi olan 21 yaşlı yarımmüdafiəçi 2021-ci ildən bu komandanın şərəfini qoruyurdu. Emil Səfərov 2023-cü ildə “Qəbələ”nin heyətində Azərbaycan Kubokunun qalibi olub. O, bir neçə gün öncə “Neftçi” ilə 3 illik müqaviləyə imza atıb.


