Emrah Çelikel: “Çox sevincliyik, amma təmkinli olmalıyıq”

“Qarabağ”ın baş direktoru Emrah Çelikel Avropa Liqasının pley-off mərhələsində “Braqa”ya qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, o, 4:2 hesablı qələbədən sonra jurnalistlərə açıqlamasında bunları dilə gətirib:

“Çox sevincliyik. Gözəl nəticədir. Səfərdə 4:2 hesablı qələbə hamımızın ürəyincə oldu. Bundan sonra təmkinli, diqqətli olmalıyıq. Cavab matçında daha çox dəstək lazımdır. Bu gün sevincliyik, amma sabahdan cavab matçının hazırlığına başlamalıyıq”.

Emrah Çelikel cavab oyunundan da qələbə gözlədiyini söyləyib:

“Cavab görüşü daha çətin olacaq. Artıq komandalar bir-birini tanıyırlar. Qurban müəllim indi daha məlumatlıdır. Onu bilirəm ki, təmkinli olmalıyıq. Bakıdakı oyundan da qələbə gözləyirəm. Bunu arzulayır, istəyirik. Hamımız bir nəfər kimi əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki, “Qarabağ”la “Braqa” arasındakı cavab görüşü fevralın 22-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq. Oyuna saat 21:45-də start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: