Fərid Nəbiyev əvəzləndi, “Viktoriya” evdə uduzdu

Azərbaycanlı yarımmüdafiəçi Fərid Nəbiyev futbol üzrə Çexiya ikinci divizionunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Viktoriya” (Jijkov) 18-ci tur çərçivəsində doğma meydanda Praqa “Sparta”sının ikinci komandası ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Fərid Nəbiyev bu görüş 19-cu dəqiqəsində meydana buraxılıb. Lakin o, 70-ci dəqiqədə əvəzlənib.

“Viktoriya” 18 turdan sonra 10 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: