Fərid Nəbiyev 90 dəqiqə oynadı, “Viktoriya” yenə uduzdu

Azərbaycanlı yarımmüdafiəçi Fərid Nəbiyev futbol üzrə Çexiya ikinci divizionunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Viktoriya” (Jijkov) 11-ci tur çərçivəsində doğma meydanda “Xrudim”lə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. İlk dəqiqələrdən meydanda olan Fərid Nəbiyev sonadək mübarizə aparıb.

“Viktoriya” 11 turdan sonra 8 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: