Azərbaycanlı yarımmüdafiəçi Fərid Nəbiyev futbol üzrə Çexiya ikinci divizionunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Viktoriya” (Jijkov) 24-cü tur çərçivəsində doğma meydanda “Trineç”lə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2. Fərid Nəbiyev bu görüşün 57-ci dəqiqəsində meydana buraxılıb.
“Viktoriya” 24 turdan sonra 12 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.


