Fərid Nəbiyev oynadı, “Viktoriya” yenə uduzdu

Azərbaycanlı yarımmüdafiəçi Fərid Nəbiyev futbol üzrə Çexiya ikinci divizionunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Viktoriya” (Jijkov) 8-ci tur çərçivəsində səfərdə “Brno” ilə qarşılaşıb.

Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2. Fərid Nəbiyev bu oyunun 68-ci dəqiqəsində meydana buraxılıb.

Ardıcıl üçüncü məğlubiyyətinə üzülən “Viktoriya” 8 turdan sonra 7 xalla 16 kollektiv arasında 14-cü pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: