Fərid Nəbiyev rəsmən “Turan Tovuz”da!

2022/2023 mövsümünün sonunda “Kəpəz”dən ayrılan Azərbaycan yığmasının yarımmüdafiəçisi Fərid Nəbiyev “Turan Tovuz”a keçib.

Arena.az xəbər verir ki, bu barədə Tovuz klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə 23 yarımmüdafiəçi bir illik müqavilə imzalandığı diqqətə çatdırılıb. Bu, “Turan Tovuz”un bu yay rəsmən açıqladığı ilk transferdir.

Xatırladaq ki, Fərid Nəbiyev 2022-ci ilin iyul ayında Çexiyanın “Viktoriya” (Jijkov) klubundan “Kəpəz”ə keçmişdi. O, Gəncə təmsilçisinin heyətində meydana çıxdığı 33 oyunda 5 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb. Nəbiyevin Gəncə klubu ilə müqaviləsinin müddəti bu ayın sonuna kimi olduğu üçün “Turan Tovuz”a azad agent kimi keçib.

Milli üzvü karyerası ərzində “Qəbələ”də, Çexiyanın “Slaviya” (Praqa) və Gürcüstanın “Şevardeni” klublarında da çıxış edib. Fərid Azərbaycan milli komandasında 9 oyun keçirsə də, fərqlənə bilməyib.

Xatırladaq ki, “Turan Tovuz”da daha öncə Kamal Bayramov, Tərlan Əhmədli, Tərlan Quliyev, Ayxan Hüseynov, Sadiq Quliyev, Eltun Turabov, Ehtiram Şahverdiyev, Səbayıl Bağırov, Mehman Hacıyev, Faiq Hacıyev və Vüsal Məsimovla yeni müqavilə imzalandığı da açıqlanmışdı. Henri Okebuqvu ilə isə yollar ayrılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: