Azərbaycanlı yarımmüdafiəçi Fərid Nəbiyev futbol üzrə Çexiya ikinci divizionunda növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, onun formasını geyindiyi “Viktoriya” (Jijkov) 23-cü tur çərçivəsində səfərdə Praqa “Dukla”sı ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. Bu, jijkovluların ardıcıl dördüncü məğlubiyyətidir. Fərid Nəbiyev bu görüşün 76-cı dəqiqəsində meydana buraxılıb.
“Viktoriya” 23 turdan sonra 11 xalla 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.


