Ötən mövsümün sonunda zədələnən “Qəbələ”nin futbolçusu Fares Abu Akel vətəni İsraildə ön çarpaz bağlarından əməliyyat olunub.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.
Əməliyyat uğurla nəticələndiyi bildirilir. Lakin futbolçunun bərpa müddəti və nə vaxt sıraya dönəcəyi açıqlanmır.
Xatırladaq ki, Fares Abu Akel və komandanın digər aparıcı futbolçusu Asif Məmmədov Azərbaycan Premyer Liqasının 34-cü turu çərçivəsində baş tutan “Turan Tovuz”la ev oyununda (1:2) sıradan çıxmışdılar. Asif daha öncə Türkiyədə əməliyyat olunmuşdu və hazırda bərpa dövrü keçir. Faresin əməliyyatı isə məhz indi baş tutub.
Abu Akel “Qəbələ”yə 2022-ci ilin iyul ayında transfer olunub. 26 yaşlı yarımmüdafiəçi əyalət klubunda 38 oyuna çıxıb. O, bu görüşlərdə 2 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Fares daha öncə “Aşdod” və “Hapoel” (İxsal) kimi klublarda da forma geyinib.


