Premyer Liqada mübarizə aparan “Qəbələ”nin İsraildən olan dayaq yarımmüdafiəçisi Fares Abu Akel hələ də zədəsini tam sağaltmayıb.
Arena.az xəbər verir ki, bu barədə əyalət təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Belə ki, “Qəbələ” sabah Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Turan Tovuz”la qarşılaşacaq. Tovuz şəhər stadionunda baş tutacaq oyunda qonaqların bir futbolçusu iştirak etməyəcək. Belə ki, Fares Abu Akel hələ də zədədən sonra bərpa prosesi keçir. Bu üzdən də o, Tovuzda meydana çıxmayacaq.
Xatırladaq ki, Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” “Qəbələ” görüşünə saat 16:30-da start veriləcək.
Onu da qeyd edək ki, “Qəbələ” ilə “Turan Tovuz” ümumilikdə 6-cı dəfə üz-üzə gələcəklər. İlk dəfə 2020/2021 mövsümündə üz-üzə gələn komandalar kubokda bir, çempionatda dörd dəfə qarşılaşıblar. 2 qələbəsi olan “Qəbələ” 2 heç-heçə edib və yalnız bir dəfə uduzub. 6 qol vuran “qırmızı-qaralar” 3 top buraxıb. Rafael Utziq bu matçlarda hamıdan çox – 2 dəfə fərqlənib.
Çempionatdakı 4 qarşılaşmada rəqiblər hərəyə bir qələbə qazanıb. İki görüşdə qalib müəyyənləşməyib. 4 qol vuran “Qəbələ” 3 top buraxıb.
Üçüncü dəfə “Turan Tovuz”un qonağı olacaq “Qəbələ” səfərdə uduzmayıb. Bu matçların hamısında eyni sayda – 2 qol vurulub. İki dəfə qalib gələn “qırmızı-qaralar” bir dueldən sülhlə ayrılıb.


