“Fehervar” – “Sumqayıt”: Konfrans və açıq məşqlərin vaxtı açıqlandı

Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin “Fehervar” – “Sumqayıt” oyunundan öncə mətbuat konfransı və açıq məşq baş tutacaq.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, “Fehervar”ın stadionunda təşkil ediləcək mətbuat konfransı və media nümayəndələri üçün açıq məşqlərin vaxtı məlum olub.

Bu gün əvvəlcə Bakı vaxtı ilə saat 17:00-da rəqib komandanın baş məşqçisi Tamaş Peto və 1 futbolçu media mənsubları önünə çıxacaq. Saat 18:00-da isə Macarıstan təmsilçisinin oyunöncəsi son məşqi keçiriləcək.

Daha sonra “Sumqayıt”ın baş məşqçisi Samir Abasov və futbolçu Rövlan Muradovun mətbuat konfransı saat 20:30-da baş tutacaq. 21:00-da isə komandanın oyunöncəsi son məşqinə start veriləcək.

Xatırladaq ki, iyulun 25-də keçirilmiş ilk oyunda “Sumqayıt” bu rəqibinə 1:2 hesabıyla məğlub olub. Bu komandalar arasındakı cavab qarşılaşması isə sabah – iyulun 31-də Macarıstanda baş tutacaq. Qarşılaşmaya Bakı vaxtı ilə saat 21:00-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: