“Sumqayıt”ın Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Fehervar”la (Macarıstan) cavab oyununun təyinatları müəyyənləşib.
Arena.az xəbər verir ki, UEFA Macarıstanda keçiriləcək bu qarşılaşmanı İsveçdən olan hakimlər briqadasına həvalə edib.
İyulun 31-də “Şoşto Arena”da təşkil olunacaq matçda ədaləti Kristoffer Karlsson qoruyacaq. Ona yan xətt hakimləri Mikael Hallin və Markus Lundqren Klitte kömək edəcəklər. Dördüncü hakim funksiyasını Oskar Yonson yerinə yetirəcək.
Xatırladaq ki, bu komandalar arasında ilk oyun iyulun 25-də Sumqayıtda keçiriləcək. Lakin hələ bu qarşılaşmanın təyinatları açıqlanmayıb.


