İsrail Qəzzada apardığı döyüşlər mənzərəsində FIFA nizamnaməsini pozduğuna görə futbolla bağlı bütün fəaliyyətlərdən kənarlaşdırıla bilər.
Arena.az bu barədə “Reuters” agentliyinə istinadən məlumat verir.
Nüfuzlu agentliyin məlumatı beynəlxalq hüquq və insan hüquqları sahəsində ixtisaslaşmış hüquqşünaslar tərəfindən aparılmış müstəqil hüquqi təhlilə əsaslanır.
Mənbənin məlumatına görə, Fələstin Futbol Assosiasiyası (PFA) may ayında İsraili diskvalifikasiya etmək təklifini təqdim edib. Öz növbəsində FIFA buna təcili hüquqi qiymət verilməsini tapşırıb. Dünyanın ali futbol qurumu bu məsələyə şuranın iyulda keçiriləcək növbədənkənar iclasında baxılacağını vəd edib.
İsrailə qarşı şikayətə Asiya Futbol Konfederasiyasının (AFC) da dəstək verdiyi vurğulanır.


