Filip Ozobiç Xorvatiya klubunda!

Bu yay “Turan Tovuz”dan ayrılan azad agent kimi ayrılan Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi Filip Ozobiç özünə yeni klub tapıb.

Arena.az xəbər verir ki, 35 yaşlı futbolçu bundan sonra Xorvatiyanın “Mladost” (Jdravoli) klubunun uğurları üçün çalışacaq.

Tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb. Böyük ehtimalla təcrübəli oyunçu 2026/2027-ci illər mövsümünün sonunadək məhz bu komandada çıxış edəcək.

Xatırladaq ki, Filip Ozobiç ötən mövsümü “Turan Tovuz”da keçirib. O, Tovuz təmsilçisinin heyətində 31 oyuna çıxıb, 6 qol vurub, 2 məhsuldar ötürmə verib.

Ozobiç daha öncə Azərbaycanda “Neftçi” (70 oyun, 16 qol, 13 assist), “Qarabağ” (151 oyun, 42 qol, 36 assist) və “Qəbələ”nin (71 oyun, 24 qol, 10 assist) də uğurları üçün çalışıb.

Yarımmüdafiəçi “Slaven” (Belupo), “Hayduk” (Split) və “Spartak” (Mosvka) klublarında da oynayıb.

Ozobiç 2021-ci ildə debüt etdiyi Azərbaycan yığmasının heyətində 15 oyun keçirib, 1 qola imza atıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: