Azərbaycanın futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov yeni beynəlxalq təyinat alıblar.
Arena.az xəbər verir ki, o, DÇ-2024-ün elit-raund mərhələsinin oyunlarını idarə edəcəklər.
Bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb. Xəbərdə bildirilir ki, Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov DÇ-2024-ün elit-raund mərhələsi çərçivəsində baş tutacaq Serbiya – Belçika oyununu idarə edəcəklər.
Sözügedən qarşılaşma sentyabrın 20-də keçiriləcək.


