Futzal: Birinci Liqada 12 komanda mübarizə aparacaq

Futzal üzrə Azərbaycan Birinci Liqasının 2023-2024 mövsümündə iştirak edəcək komandaların adları və sayı müəyyənləşib.

Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.

Xəbərdə bildirilir ki, bu dəfə 12 komanda qalib adı uğrunda yarışacaq. Çempionat iki dövrədən ibarət olacaq və dairəvi sistemlə keçiriləcək. Liqada mövsümə oktyabrda start veriləcək.

İştirakçı komandaların adlarını diqqətinizə çatdırırıq:

“Şuşa”
“Metropoliten”
“Ulduz”
“STAR kargo”
“Trabzonspor”
“Timsport”
“Dəstə Ordubad”
PFL
“Xan-Lənkəran”
“Baku Fire-2”
“Dalğa”
“Bakı” MFK

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: