Futzal üzrə Azərbaycan milli komandası bu ay təşkil olunacaq təlim-məşq toplanışı çərçivəsində iki beynəlxalq yoxlama oyunu keçirəcək.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, milli komandamız yanvarın 22-də və 24-də Danimarka yığması ilə qarşılaşacaq. Hər iki görüş Bakı İdman Sarayında keçiriləcək.
Qarşıdakı təlim-məşq toplanışının müddəti, eləcə də yoxlama oyunlarının başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.


