Futzal üzrə Azərbaycan milli komandasının İsveç və Xorvatiya seçmələrinə qarşı keçirəcəyi oyunların hakim təyinatları açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının rəsmi saytı məlumat yayıb.
Belə ki, Azərbaycan milli komandası aprelin 11-də Avropa çempionatının (AÇ-2026) əsas mərhələsi çərçivəsində Helsinqborqda İsveç yığması ilə qarşılaşacaq. Ayın 15-də isə millimizi Bakıda Xorvatiya seçməsi ilə qarşılaşma gözləyir. Artıq bu oyunların hakimləri də məlumdur. 5-ci qrup çərçivəsində səfərdəki görüşü İngiltərədən, evdəki qarşılaşmanı isə Kiprdən olan hakimlər briqadası idarə edəcəklər:
AÇ-2026-nın əsas mərhələsi
5-ci qrup
11 aprel
İsveç – Azərbaycan
Hakimlər: Peter Nurse, Cordan Qriffits, Oliver Rodriqes-Ballinger
(Hakimlər briqadası İngiltərədəndir).
Hakim-inspektor: Boqdan Soresku (Rumıniya).
Timekiper: George Jansizian (İsveç).
Helsinqborq Arena. Saat 21:00.
15 aprel
Azərbaycan – Xorvatiya
Hakimlər: Yiangos Yiangu, Nikolas Nikolau, Teoxaris Teoxarus
(Hakimlər briqadası Kiprdəndir).
Hakim-inspektor: Georgi Bitri (Malta).
Bakı İdman Sarayı. Saat 20:00.


