Futzal üzrə Azərbaycan kubokunun qalibi bəlli oldu

Bu gün futzal üzrə Azərbaycan kubokunun final oyunu keçirilib. Arena.az xəbər verir ki, həlledici matçda Yüksək Liqanın bürünc mukafatçısı “Neftçi” İK və Birinci Liqanı 4-cü pillədə başa vuran “Alyans Qrup” qarşılaşıb.

Hər iki komanda final matçına itkilərlə çıxmışdı. “Neftçi” İK-dan Nurlan Mehdizadə cəza səbəbindən görüşü kənardan izləyirdi. “Alyans Qrup”dan isə komandanı finala daşıyan qolun müəllifi Elçin Zeynalov qırmızı vərəqə cəzalısı idı.

Oyundan əvvəl dövlət himni səsləndirilib. Hesabı nominal qonaqlar açıb. Məhəmməd Xəlilov 3-cü dəqiqədə status-kvonu pozub. Növbəti qol isə 10-cü dəqiqədə gəlib. Omid Talebi hesabı bərabərləşdirib. Növbəti dəfə İlkin Hacıyev adını tabloya yazdırıb. Talebi cərimə zərbəsini birbaşa qapıya yönəltməklə fərqi 2 topa çatdırıb. Birinci hissənin sonuncu dəqiqəsində Yüksək Liqanın bürünc medalçısı daha bir qol vurub. Bu dəfə Hasan Ali fərqlənib. İkinci hissədə də “Neftçi” üstüblüyünü artırıb və ölkə kubokunun qalibi olub.

Oyun başa çatdıqdan sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə hakimlər və hakim-inspektor fəxri kürsüyə dəvət olunub. Daha sonra “Alyans Qrup”un qapıçısı Seymur Usanova qapıçı əlcəkləri hədiyyə olunub. “Neftçi”nin heyətində het-trik edən Omid Talebi final oyununun ən yaxşısı kimi mükafatlandırılıb. Sonda finalda iştirak edən “Alyans Qrup”un üzvlərinə gümüş, qalib “Neftçi”yə isə qızıl medallar və ölkə kuboku təqdim edilib.

Azərbaycan kuboku
Final
24 may

Neftçi İK – Alyans Qrup 6:2
Qollar: Omid Talebi, 9:23; 13:14; 23:31. İlkin Hacıyev, 12:10. Hasan Ali Jafari, 19:05. Seymur Məmmədov, 35:08 – Məhəmməd Xəlilov, 2:56. Aqşin Paşayev, 28:21.
Hakimlər: Əli Cəbrayılov, Ceyhun Hüseynov, Nahid Xasıyev.
Hakim-inspektor: Murad Məmmədov.
Bakı İdman Sarayı. Saat 14:15.

Neftçi İK: 12. Anar Məmmədov, 3. Oruc Baxşəlizadə, 7. İlkin Hacıyev, 11. Hasan Ali Jafari, 77. Omid Talebi, 1. Elnur Zamanov, 8. Vahid Xocayev, 4. Fərid Atakişiyev, 5. Seymur Məmmədov, 9. Oqtay Rüstəmli, 10. Rüfət Balakişiyev (k), 13. Əjdər Əjdərov, 14. İlqar Nuruşov, 17. Hüseyn Mənəfli.
Baş məşqçi: Elşad Quliyev.

Alyans Qrup: 1. Seymur Usanov, 19. Aydın Qasımov (k), 7. Mirkamil Əliyev, 8. Aqşin Paşayev, 22. Məhəmməd Xəlilov, 12. Elgün Mosuyev, 9. Amil Əlimirzəyev, 10. Fərid Beybutov, 11. Zaur Cigərxanov, 13. Comərd Baxşəliyev, 16. Rəşad Zeynallı, 18. Hümmət Əsədov, 5. Şəhriyar Cəlalov, 13. Comərd Baxşəliyev.
Baş məşqçi: İlkin Əhədov.

Futzal üzrə Azərbaycan kubokunun indiyəqədərki bütün qalibləri

1994/95 – “Neftçi”

1995/96 – “Neftçi”

1996/97 – “Avtomobilçi”

1997/98 – “Avtomobilçi”

1998/99 – “Nabspor”

1999/00 – “Azərneftyanacaq”

2000/01 – “Azərneftyanacaq”

2001/02 – “Gömrükçü”

2002/03 – “Gömrükçü”

2003/04 – “Turan” AİR

2004/05 – “Araz-Naxçıvan”

2005/06 – “Araz-Naxçıvan”

2006/07 – “Araz-Naxçıvan”

2007/08 – “Araz-Naxçıvan”

2008/09 – “Araz-Naxçıvan”

2009/10 – “Neftçi” İSM

2010/11 – EKOL

2011/12 – EKOL

2012/13 – “Neftçi” İSM

2013/14 – “Neftçi” İSM

2014/15 – “Fener” FK

2015/16 – EKOL

2016/17 – “Neftçi” İK

2017/18 – “Marafon Futsal”

2018/19 – EKOL

2019/20 – Yarış başa çatdırılmayıb

2020/21 – Pandemiya ilə əlaqədar keçirilməyib

2021/22 – “Neftçi”

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: