Beynəlxalq Futbol Assosiasiyaları Federasiyaları futzal üzrə milli komandaların 2025-ci ilin aprel ayı üçün FİFA reytinqini açıqlanıb.
Arena.az xəbər verir ki, Azərbaycan yığması dünya reytinqində geriləyib.
Millimiz hazırda 47-ci pillədə qərarlaşıb. Vitali Borisovun rəhbərlik etdiyi yığmamızın hesabında 1064,28 xal var. Millimiz ötən cədvəllə müqayisədə 15 pillə geriləyib.
Bu, indiki siyahı üçün antirekorddur. Yığmamız ən çox geriləyən komanda olub.
Millimiz həm də xal itkisində antirekordçudur. Komandamız 62,06 xal itirib.
Qeyd edək ki, siyahıya 1655,54 xalla Braziliya başçılıq edir. İkinci pillədə 1549,51 xala malik Portuqaliya yığması qərarlaşıb. İspaniya millisi isə 1530,82 xalla üçüncüdür.


