Gilad Abramov rəsmən “Qəbələ”də!

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəcək “Qəbələ” heyətini israilli futbolçu Gilad Abramov ilə gücləndirib.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

23 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.

Gilad Abramov peşəkar karyerasına 2018/2019 mövsümündə “Hapoel” (Hadera) klubunda başlayıb. Son beş mövsümü bu komandada keçirən yarımmüdafiəçi 118 oyunda 5 qol vurub.

Xatırladaq ki, “Qəbələ” Abramovdan öncə Ahmed Ayzaya, Zurab Oçiqava və Lukas Afrikonu da heyətinə qatmışdı. Əyalət klubunda İlkin Qırtımov, Ürfan Abbasov, Murad Musayev, Emil Səfərov, Ülvi İsgəndərov, Kristof Atanqana və Omar Hani ilə də yeni müqavilə imzalanıb. Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Felipe Santos, Rövlan Muradov, İsnik Alimi, Ruan Renato və Rafael Utziq isə komandanı tərk ediblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: