“Give me Sport” Avropanın ən yaxşı futbol stadionlarını açıqladı

“Give Me Sport” nəşri Avropanın 50 stadionu ilə bağlı araşdırma aparıb və bir sıra meyarlar əsasında 10 ən yaxşı arenanı təqdim edib.

Arena.az məlumat verir ki, nəşr 6 əsas meyar üzrə qiymətləndirmə aparıb:

– Stadionun tutumu (nə qədər böyük olsa, bir o qədər yaxşıdır);
– biletlərin orta qiyməti (nə qədər aşağı olsa, bir o qədər yaxşıdır);
– bir litr pivənin qiyməti (nə qədər aşağı olsa, bir o qədər yaxşıdır);
– ictimai nəqliyyatla giriş asanlığı;
– əlilliyi olan insanlar üçün əlçatanlıq (tualetlər, liftlər, panduslar, əlil arabaları üçün yerlər və s.);
– onlayn icmallar və rəylər (“Google” reytinqləri daxil olmaqla).

“Give me Sport” nəşrinin seçimi üzrə Avropanın ən yaxşı futbol stadionlarının onluğunu təqdim edirik:

  1. “Siqnal İduna Park” (Dortmund, Almaniya);
  2. “Santyaqo Bernabeu” (Madrid, İspaniya);
  3. “Kamp Nou” (Barselona, İspaniya);
  4. “Old Trafford” (Mançester, İngiltərə);
  5. “San-Siro” (Milan, İtaliya);
  6. “Emireyts” (London, İngiltərə);
  7. “Tottenhem Hotspur” (London, İngiltərə);
  8. “Uembli” (London, İngiltərə);
  9. “Stad de Frans” (Sent-Deni, Fransa);
  10. “Krouk Park” (Dublin, İrlandiya).
Xəbəri sosial şəbəkələrdə paylaş: