19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisinin (U-19) baş məşqçisi Həbib Ağayev AFFA-nın rəsmi saytına açıqlama verib.
Arena.az xəbər verir ki, o, Avropa çempionatının ikinci seçmə mərhələsi çərçivəsində Albaniyada keçirdikləri oyunlarla bağlı fikirlərini bildirib:
“İlk rəqibimiz Şimali İrlandiya çox güclü komanda idi. Onlar qrupdakı hər üç oyunda böyükhesablı qələbə qazandılar. Albaniya və Monteneqro isə təxminən bərabər gücdə idilər. İlk matçdan sonra komandamızda bir az yorğunluq yaranmışdı. İkinci görüşdə fərdi səhvlərdən Albaniyaya uduzduq. Monteneqro ilə görüşdə komandamız istədiyimiz formaya çatmışdı. Qrupumuzda ikinci yeri tutan Monteneqronu məğlub edə bilərdik. Ancaq yüz faizlik qol imkanlarını əldən verdik. Bu oyunlar komandamız üçün yaxşı təcrübə oldu. Qızlar əllərindən gələni etdilər”, deyə Həbib Ağayev uğursuz çıxışın səbəblərini açıqlayıb.
Xatırladaq ki, U-19 millimiz B Liqasının 4-cü qrupunda Şimali İrlandiya (0:4), Albaniya (0:4) və Monteneqro (1:2) yığmaları ilə mübarizə aparıb.


