“Bayern”in 32 yaşlı ingilis hücumçusu Harri Keyn futbol üzrə Almaniya Bundesliqasında fevral ayının ən yaxşı oyunçusu seçilib.
Arena.az bu barədə Almaniya Bundesliqasının mətbuat xidmətinə istinadən məlimat verir.
Keyn səsvermədə Luis Dias, Ozan Kabak, Edmond Tapsoba, Yan Diomande və Alexandro Qrimaldo kimi futbolçuları qabaqlayıb.
Keyn fevral ayında Bundesliqa çərçivəsində meydana çıxdığı 4 oyunda 8 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.
Xatırladaq ki, Keyn cari mövsümdə üçüncü dəfə oxşar mükafata layiq görülür. İngilis forvard sentyabr və dekabrda da ən yaxşı seçilmşdi. Onun komanda yoldaşı Makyl Olise də 3 dəfə (avqust, noyabr və yanvarda) ayın ən yaxşı oyunçusu elan edilib. Oktyabrda isə “Ayntraxt”ın mərkəz hücumçusu Yonatan Burkardt fərqlənmişdi.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2023-cü ilin avqust ayında 100 milyon avro məbləğ müqabilində elə, London klubundan “Bayern”ə keçib. Harrinin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Keyn “Bayern” üçün bütün yarışlarda 40 oyuna çıxıb, 48 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.
Harri Keynin Almaniya nəhənginin heyətində çıxışının ümumi mənzərəsi 136 oyun, 133 qol və 31 məhsuldar ötürmədən ibarətdir.
Keyn 2015-ci ilin mart ayında debüt etdiyi İngiltərə yığma komandasının heyətində 112 oyuna 78 qol və 19 məhsuldar ötürmə ilə fərqlənib. Keyn İngiltərə yığmasının ən sərrast qolçusudur.
“Transfermarkt” internet-portalı 32 yaşlı ingilis hücumçunun transfer dəyərini 65 milyon avro məbləğində qiymətləndirir.


