Harri Keyn ÇL-də 3 futbolçunun rekordunu təkrarladı

UEFA Çempionlar Liqasının əsas mərhələsinin 1-ci turunda Norveçin “Bodo Qlimt” komandası ilə oyun Harri Keyn üçün əlamətdar olub.

Arena.az xəbər verir ki, Almaniya çempionu “Bayern”in şərəfini qoruyan ingilis hücumçu 5:0 hesablı qələbəyə sevindikləri bu oyunda fərqlənməklə ÇL-in nadir rekordlarından birini təkrarlayıb.

Belə ki, Harri Keyn qitənin ən nüfuzlu klub turnirində ardıcıl 8-ci matçda qol vurmağa müvəffəq olub. Təcrübəli forvard bundan öncə meydana çıxdığı 7 ÇL matçında da fərqlənib:

“Yunion” (2:0) – 2 qol
PSV (2:1) – 1 qol
“Atalanta” (4:1) – 2 qol
“Real” (2:1) – 1 qol
“Real” (4:3) – 1 qol, 1 assist
PSJ (4:5) – 1 qol, 1 assist
PSJ (1:1) – 1 qol

UEFA Çempionlar Liqasında buna qədər ardıcıl 8 və daha çox oyunda yalnız Kristiano Ronaldo, Robert Levandovski (hərəyə iki dəfə) və Rud van Nistelroy qol vurublar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: