“Herta” Boatenqi transfer etdi

Almaniyanın “Herta” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Bundesliqa təmsilçisi İtaliyanın “Monza” klubundan Kevin-Prins Boatenqi transfer edib.

Bu barədə Berlin klubunun rəsmi saytı məlumat yayıb. 34 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Boatenq məhz Berlində dünyaya gəlib və “Herta”nın futbol məktəbinin yetirməsidir. O, peşəkar karyerasına da bu komandada başlayıb, 2005-2007-ci illər aralığında “Herta”nın uğurları üçün çalışıb. Daha sonra o, “Tottenhem”, “Borussiya” (Dortmund), “Portsmut”, “Milan”, “Şalke”, “Las Palmas”, “Ayntraxt”, “Sassuolo”, “Barselona”, “Fiorentina” və “Beşiktaş”da da forma geyinib. Qana yığmasında da oynamış təcrübəli yarımmüdafiəçi 14 il sonra yetirməsi olduğu kluba dönüb.