HJK Ozan Can Kökçünün yoxluğunda yenə uduzdu

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Ozan Can Kökçünün formasını geyindiyi HJK növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, 26 yaşlı futbolçunun komandası Finlandiya çempionatının 2025-ci il mövsümünün 3-cü turu çərçivəsində “Qnistan” ilə üz-üzə gəlib.

Helsinki təmsilçisi doğma meydanda baş tutmuş bu matçın yekununda 0:1 hesablı məğlubiyyətə üzülüb.

Ozan bu görüşün sonunadək ehtiyatda qalıb.

Ardıcıl üçüncü məğlubiyyətini almış HJK hazırda 12 iştirakçı arasında sonuncu pillədə qərarlaşıb.

Xatırladaq ki, Ozan Can Kökçü Finlandiya klubuna 2024-cü il iyulun 31-də cəlb olunub. O, həmin vaxt HJK ilə 2,5 illik müqaviləyə imza atıb. Millimizin üzvü bu komandanın heyətində 25 oyun keçirib, 1 qol vurub, 2 məhsuldar ötürmə edib.

Ozan daha öncə Niderlandda “Eyndhoven”, “Valveyk” və “Telstar”ın, Türkiyədə “Bursaspor” və “Girəsunspor”un, Azərbaycanda “Sabah”ın da uğurları üçün çalışıb. Azərbaycanın U-20 və U-21 yığmalarının formasını geyinmiş futbolçu 2022-ci ildən əsas millimizə dəvət alır. O, Azərbaycan milli komandasının heyətində 13 oyuna çıxıb, 2 məhsuldar ötürmə müəllifi olub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: