HJK Avropa Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəyi oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib.
Arena.az xəbər verir ki, Finlandiya klubu Ağdam təmsilçisi ilə oyunlar üçün 24 futbolçu sifariş edib.
Baş məşqçi Toni Korkeakunnas Azərbaycan çempionu ilə görüşlərə 2 qapıçı, 8 müdafiəçi, 9 yarımmüdafiəçi və 5 hücumçu ilə hazırlaşacaq.
Qapıçılar: 1. Yesse Öst, 85. Niki Maenpaa;
Müdafiəçilər: 2. Tuomas Ollila, 3. Nikolas Hamalaynen, 4. Yoona Toyvio, 5. Kristofer Da Qrasa, 6. Aapo Halme, 15. Miro Tenho, 22. Yukka Raytala, 27. Kevin Kuassivi-Benissan;
Yarımmüdafiəçilər: 8. Filip Roqiç, 10. Lukas Linqman, 14. Matti Peltola, 18. Topi Keskinen, 19. Aleksi Paananen, 23. Pyuryu Soyri, 24. Georgios Kanellopulos, 34. Maksim Styopin, 56. Perparim Hetemay;
Hücumçular: 7. Santeri Hostikka, 9. Boyan Raduloviç, 11. Roope Riski, 29. Entoni Olusanya, 37. Atomu Tanaka.
Qeyd edək ki, HJK ilə “Qarabağ” arasındakı ilk matç avqustun 10-da Bakıda, cavab görüşü isə bir həftə sonra Helsinkidə keçiriləcək. Hər iki oyuna Bakı vaxtı ilə saat 20:00-da start veriləcək.
Xatırladaq ki, HJK – “Qarabağ” cütünün qalibi Avropa Liqasının pley-off mərhələsində UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Olimpiya” (Lyublyana, Sloveniya) – “Qalatasaray” (Türkiyə) cütünün məğlubu ilə qarşılaşacaq.
Azərbaycan və Finlandiya təmsilçilərinin duelindən məğlub ayrılacaq komandanı isə Avropa Konfrans Liqasının pley-off mərhələsində “Farul” (Rumıniya) – “Flora” (Estoniya) cütünün qalibi ilə görüşlər gözləyir.


