İngiltərə millisi Avropa çempionatlarının tarixinə düşdü

Artıq məlum olduğu kimi, İngiltərə millisi AÇ-2024-ün yarımfinalında Niderland yığmasını məğlub edərək, mötəbər yarışın finalına yüksəlib.

Arena.az xatırladır ki, İngiltərə yığması oyunun gedişində 0:1 hesabı ilə geridə olmasına rəğmən, geri-dönüşlə 2:1 hesablı əzmkar qələbə qazanıb.

Daha əvvəl “üç şir” yarışın 1/4 finalında Slovakiya yığmasını (əlavə vaxtda 2:1, əsas vaxt 1:1), 1/4 finalda isə İsveçrə yığmasını (əsas və əlavə vaxt 1:1, penaltilərlə 5:3) əzmkar nəticə ilə məğlub etmişdi.

Beləliklə, İngiltərə millisi Avropa çempionatlarının tarixində ilk dəfə olaraq, ələmə mərhələsinin 1/8, 1/4 və yarımfinal oyunlarında əzmkar nəticə ilə qələbə qazanaraq, finala yüksəlmiş ilk komanda olub.

Xatırladaq ki, Almaniyada keçirilən 2024-cü il Avropa çempionatının İspaniya – İngiltərə final oyunu iyulun 14-də Berlinin “Olimpiaştadion”unda keçiriləcək. Hakim oyun Bakı vaxtı ilə saat 23:00-da başladacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: