“İnter” Spertsyanla maraqlanır? – Marotta açıqladı

“İnter”in baş direktoru Cüzeppe Marotta “Krasnodar”ın erməni yarımmüdafiəçisi Eduard Spertsyanla maraqlandıqları barədə xəbərləri şərh edib.

Arena.az bu xəbər verir ki, Marotta “Çempionat”ın müxbirinə müsahibəsində yayılan məlumatları təkzib edib:

“İnter”in Eduard Spertsyanla maraqlanması doğru deyil”.

Bundan əvvəl “RB Sport” xəbər vermişdi ki, bir sıra İtaliya klubları Spertsyanın tərəqqisini fəal şəkildə izləyirlər. “İnter”dən başqa, “Sassuolo” və “Fiorentina”nın adı Spertsyana maraq göstərənlər sırasında çəkilirdi. Ən konkret marağı “Fiorentina”nın göstərdiyi, lakin hələlik heç bir komandanın “Krasnodar”a rəsmi təkliflə müraciət ünvanlamadığı deyilir.

Eduard Spertsyan “Krasnodar” akademiyasının yetirməsidir. 2022/2023 mövsümündə Spertsyan “Krasnodar”ın heyətində 41 oyunda meydana çıxıb, 14 qol vurub və 14 məhsuldar ötürmə ilə fərqlənib.

“Transfermarkt” internet-portalı Eduard Spertsyanı 12 milyon avro məbləğində qiymətləndirir.

Xəbəri sosial şəbəkələrdə paylaş: