İqor Ribeyro daha bir mövsüm “Araz-Naxçıvan”da! – Rəsmi

Azərbaycan Premuer Liqasında mübarizə aparan “Araz-Naxçıvan” mərkəz müdafiəçisi İqor Ribeyro ilə müqavilənin müddətini uzadıb.

Arena.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Braziliyalı futbolçu 2025/2026-cı illər mövsümünün sonuna qədər “Araz-Naxçıvan”ın formasını geyinəcək. Onun əvvəlki müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaqdı.

Qeyd edək ki, əsas heyətin daimi üzvü olan İqor Ribeyro 2023-cü ilin avqustundan “qırmızı-ağlar”ın şərəfini qoruyur. 28 yaşlı futbolçu Naxçıvan təmsilçisinin heyətində indiyə qədər 60 oyuna çıxıb, 1 qol vurub, 1 məhsuldar ötürmə müəllifi olub.

Ribeyronun “Araz-Naxçıvan”dan əvvəlki iş yeri Paraqvayın “Takuari” klubu olub. O, öz ölkəsində də “Seylandiya”, “Nasyonal-PR”, “Qama”, “Parana” kimi klublarda çıxış edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: