İqor Ribeyro rəsmən “Araz-Naxçıvan”da!

Braziliyalı mərkəz müdafiəçisi, sonuncu iş yeri Paraqvayın “Takuari” klubu olmuş İqor Ribeyro “Araz-Naxçıvan”la anlaşıb.

Arena.az xəbər verir ki, o, qarşıdakı mövsümü Azərbaycan Premyer Liqasında mübarizə aparacaq Naxçıvan klubunda keçirəcək.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

İqor Ribeyro 2022-ci ilin iyul ayından “Takuari”də forma geyinirdi. O, bu komandada 34 oyun keçirib. “Araz-Naxçıvan”ın yeni transferi daha öncə ölkəsində “Seylandiya”, “Nasyonal-PR”, “Qama”, “Parana” kimi klublarda da çıxış edib.

Xatırladaq ki, “Araz Naxçıvan” daha öncə Nuno Rodriqes, Vanderson Kavalkante Melo, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Məhəmməd Kadiri, İsmail Azzaui və Elvis Maşike kimi legionerləri də heyətinə qatmışdı.

Yerli futbolçulardan isə Turan Manafov, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev və Zamiq Əliyev Naxçıvan təmsilçisinə keçib. Abdulla Rzayev də “Sabah”dan icarəyə götürülüb.

Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev və Vadim Abdullayev də klubla yeni müqavilə bağlayıb.

Sonda onu da bildirək ki, “Araz-Naxçıvan” sabah futbol üzrə Azərbaycan Premyer Liqasında ilk oyununa çıxacaq. Sözügedən komanda elitadakı debüt matçında “Turan Tovuz”la üz-üzə gələcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: