İsmayıl Zülfüqarlı daha bir il “Neftçi”də!

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Neftçi” sağ cinah müdafiəçisi İsmayıl Zülfüqarlı ilə müqavilənin müddətini artırıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, 22 yaşlı yarımmüdafiəçi ilə 2023/2024-cü illər mövsümünün sonunda bitməli olan anlaşmanın müddəti daha 1 illiyə artırılıb.

Qeyd edək ki, “Neftçi”nin yetirməsi olan İsmayıl Zülfüqarlı əsas komandada keçirdiyi 5 mövsüm ərzində 64 oyunda meydana çıxıb, 4 qola, 7 məhsuldar ötürməyə imza atıb.

“Neftçi” bu yay qapıçı İvan Brkiç və kapitan Emin Mahmudovla da müqavilənin müddətini artırmışdı. Paytaxt klubunda Turan Vəlizadə icarədən qayıdıbsa, Emil Balayev, Filip Ozobiç, Yuri Matias, Mark Tamaş, Qara Qarayev, Ervin Koffi, Andre Şinyaşiki, Aaron Olanare və Dieqo Valdes kimi oyunçular heyətə cəlb olunub. Əvəzində Sezar Meza Kolli, Vato Arveladze, Mert Çelik, Voyislav Stankoviç və Solomon Kvirkveliya komandanı tərk ediblər. Xəyal Nəcəfov isə “Turan Tovuz”a icarəyə verilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: