İki çəki dərəcəsində keçmiş UFC çempionu, irland döyüşçü Konor Makqreqor 1 milyon avro məbləğində uduş qazandığını bildirib.
Arena.az məlumat verir ki, 2024-cü il futbol üzrə Avropa çempionatının finalında İspaniya yığmasının qələbəsinə pul qoyuluşu etmiş Konor Makqreqor oyundan sonra özünün “X” sosial şəbəkə hesabı üzərindən car çəkib:
“Xəzinədə daha 1 milyon avro! İspaniya yığması Avropa çempionatını qazandı! Ad günümə bir milyon!” – irland döyüşçü paylaşıb.
Xatırladaq ki, AÇ-2024-ün finalında İspaniya yığması İngiltərə komandası üzərində 2:1 hesablı qələbə qazanaraq, tarixində 4-cü dəfə Avropa çempionu olub.


