“Zirə”nin legionerləri – İssa Cibrilla, Ange Mutsinzi və Rikardo Martins Gimaraynş ölkələrinin milli komandalarına dəvət alıblar.
Arena.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, İssa Cibrilla Niger, Ange Mutsinzi Uqanda, Rikardo Martins Gimaraynş isə Mozambik yığmalarının qarşıdakı oyunları üçün heyətə çağırılıblar.
Qeyd edək ki, Cibrillanın formasını geyindiyi Niger yığması martın 22-də dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində doğma meydanda Mərakeş milli komandasını qəbul edəcək. Bundan üç gün sonra bu komandanı Bonayre ilə yoxlama oyunu gözləyir.
Mutsinzinin formasını geyindiyi Uqanda millisi martın 20-də DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Mozambik yığmasının qonağı olacaq, bundan beş gün sonra isə doğma meydanda Qvineya yığmasını sınağa çəkəcək.
Gimaraynşlı Mozambik yığması da ayın 20-də Uqanda ilə görüşəcəyi halda ayın 26-da Əlcəzair yığmasının qonağı olacaq. Bir sözlə, Ange Mutsinzi ilə Rikardo Martins Gimaraynş bir-birinə qarşı oynamaq şansına malikdirlər.


