İssa Cibrilla “Zirə”dən ayrılır – Milliyə görə

Azərbaycan Premyer Liqasında mübarizə aparan “Zirə”nin nigerli legioneri İssa Cibrilla ölkəsinin milli komandasına dəvət alıb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, İssa Niger yığmasının qarşıdakı təlim-məşq toplanışına çağırılıb. 27 yaşlı futbolçu yığmanın qarşıdakı rəsmi matçlarında məşqçilər korpusunun sərəncamında olacaq.

Niger milli komandası DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində Tanzaniya və Zambiya ilə qarşılaşacaq. Hər iki oyunu doğma meydanda keçirəcək nigerlilər Tanzaniyanı noyabrın 18-də, Zambiyanı isə ayın 21-də qəbul edəcəklər.

Xatırladaq ki, İssa Cibrilla bu ilin yanvarından formasını geyindiyi “Zirə”də cəmi 15 oyuna çıxıb, 1 qol vurub. Hücumameyilli yarımmüdafiəçi Niger yığmasında 20 oyun keçirib və 4 qol vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: