Jarl Marqarita rəsmən “Sabah”da – Video

Niderlandın “TOP Oss” klubunun sol cinah yarımmüdafiəçisi Jarl Marqarita bundan sonra “Sabah”ın uğurları üçün çalışacaq.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

23 yaşlı vingerlə 4 illik müqavilə imzalanıb. Niderlanddan olan gənc futbolçu 2027-ci ilin iyun ayına kimi “Sabah”ın formasını tərlədəcək.

Jarl Marqarita 2021-ci ilin avqust ayından “TOP Oss” klubunun formasını geyinirdi. O, sözügedən komandanın heyətində meydana çıxdığı 63 oyunda 18 qol və 14 məhsuldar ötürmə müəllifi olub.

Marqarita karyerası ərzində bu ölkənin “Emmen” (U-19, U-21), “Almere Siti” (9 oyun, 1 qol) və “Hoqeven” (12 oyun, 10 qol, 2 assist) klublarında da çıxış edib.

Futbolçunun Niderland və Kurasao vətəndaşlığı var.

Marqarita “Sabah”da 27 nömrəli formada çıxış edəcək.

Xatırladaq ki, “Sabah” daha öncə “Şamaxı”dan Rəhman Daşdəmirovu, “Ponferradina”dan (İspaniya) isə Sofian Çaklanı da transfer etmişdi. Əvəzində paytaxt klubu Abdulaye Ba və Zurab Oçiqava ilə yollarını ayırıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: