“Jelezniçar” – “Neftçi”: Açıq məşq və mətbuat konfransı olacaq

“Neftçi” futbol üzrə Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində sabah “Jelezniçar”la üz-üzə gələcək.

Arena.az xəbər verir ki, iyulun 27-də Bosniya və Herseqovinanın Sarayevo şəhərindəki “Qrbaviça” stadionunda keçiriləcək oyundan öncə hər iki komandanın son məşqi və baş məşqçilərin iştirakı ilə mətbuat konfransı baş tutacaq.

Belə ki, bu gün “Neftçi”nin baş məşqçisi Adrian Mutu və futbolçu Eddi İsrafilovun iştirakı ilə mətbuat konfransı təşkil olunacaq. Tədbir Bakı vaxtı ilə saat 21:30-da “Qrbaviça” stadionunun mətbuat zalında baş tutacaq. Konfransdan sonra – saat 22:00-da isə komandanın media nümayəndələri üçün açıq məşqi (ilk 15 dəqiqəsi) reallaşacaq.

Eyni məkanda bu gün Bakı vaxtı ilə saat 20:30-da “Jelezniçar”ın baş məşqçisi Nermin Başiç və futbolçu Suleyman Krpiçin iştirakı ilə mətbuat konfransı, 21:00-da isə rəqib komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq.

Xatırladaq ki, “Jelezniçar” – “Neftçi” matçına sabah Bakı vaxtı ilə saat 23:00-da start veriləcək. Bu komandalar arasındakı cavab matçı bir həftə sonra Bakıda baş tutacaq. “Bakcell Arena”da keçiriləcək oyuna saat 21:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: