Növbəti mövsümdə Premyer Liqada mübarizə aparacaq “Kəpəz” dörd futbolçu ilə müqaviləni yeniləyib. Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.
Ötən mövsüm komandanın şərəfini qoruyan müdafiəçi Elçin Əlicanov, yarımmüdafiəçilər Tural Rzayev, Nicat Süleymanov və hücumçu Bəhruz Teymurovun heyətdə saxlanılması qərara alınıb. Onlar Premyer Liqada da Nizami yurdunun təmsilçisinin heyətində çıxış edəcək. Bu futbolçuların hər biri ilə 1 illik müqavilə imzalanıb.
“Kəpəz” daha öncə Tural Axundov, Elvin Yunuszadə və Kamran İbrahimovu transfer etmişdi. Əvəzində Vüsal Məsimov, Qaraxan Əliyev, Vüqar Həsənov, Roman Hüseynov, İbrahim Qədirzadə və Emil Qasımovla yollar ayrılıb.


