“Kəpəz”i növbəti matça Etibar İbrahimov çıxaracaq

Azər Məmmədovun istefasından sonra baş məşqçisi qalan “Kəpəz”i Azərbaycan Premyer Liqasındakı növbəti oyuna Etibar İbrahimov çıxaracaq.

Arena.az xəbər verir ki, bu barədə Gəncə klubunun mətbuat xidməti məlumat yayıb.

Xəbərdə bildirilir ki, hazırda klub rəhbərliyi tərəfindən baş məşqçi axtarışları davam edir. Lakin növbəti oyuna az vaxt qaldığından komandanı “Araz-Naxçıvan”la matça Etibar İbrahimov hazırlayır. Komandanı Premyer Liqanın 13-cü turu çərçivəsində baş tutacaq matça da məhz İbrahimov çıxaracaq.

Xatırladaq ki, İbrahimov Azər Məmmədovun məşqçilər korpusunda yer alırdı.

“Araz-Naxçıvan” – “Kəpəz” oyunu noyabrın 10-da keçiriləcək. Qarşılaşmaya saat 19:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: