Kamal Umudlu AÇ-nin final mərhələsinin oyunlarında

Azərbaycanlı hakim Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət yığmalar arasında Avropa çempionatının final mərhələsinə təyinat alıb.

Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.

Xəbərdə bildirilir ki, Kamal Umudlu 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının final mərhələsinin oyunlarında ehtiyat hakim olacaq.

Qeyd edək ki, Avropa çempionatı mayın 19-dan iyunun 1-nə qədər 8 komandanın iştirakı ilə Albaniyada təşkil ediləcək. Azərbaycanlı referinin hansı matçlarda iş başında olacağı daha sonra bilinəcək.

Xatırladaq ki, A qrupunda Albaniya, Fransa, Almaniya və Portuqaliya yığmaları mübarizə aparacaqlar. B qrupunda isə Belçika, Çexiya, İngiltərə və İtaliya yığmaları yer alıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: