Kamran Əliyev 45 dəqiqə oynadı, “Arsenal” evdə xal itirdi

Azərbaycanın gənclərdən ibarət milli komandasının hücumçusu Kamran Əliyev Tula “Arsenal”ında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Rusiya Birinci Liqasının 5-ci turu çərçivəsində baş tutan “Dinamo” (Mahaçqala) ilə matçın iştirakçısı olub.

“Arsenal” doğma meydanda baş tutan bu qarşılaşmadan heç-heçə ilə ayrılıb – 1:1. 36-cı dəqiqədə məğlub duruma düşən Tula təmsilçisi 57-ci dəqiqədə hesaba tarazlıq gətirməyi bacarsa da, bundan artığına gücü çatmayıb.

Kamran Əliyev bu matçın ilk dəqiqələrindən meydanda olub və fasilədə əvəzlənib.

“Arsenal” 5 turdan sonra 8 xalla 6-cı pillədə qərarlaşıb.