Kamran Əliyev ehtiyatda qaldı, “Ximki” “Spartak”a uduzdu

Futbol üzrə Rusiya Premyer Liqasında 29-cu turun oyunları keçirilib.

Arena.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva “Spartak”ı ilə qarşılaşıb. Əliyevin komandası bu görüşdən məğlubiyyətlə ayrılıb – 1:2.

Kamran bu matçın iştirakçısı olmayıb. Əliyev sonadək ehtiyatda qalıb.

29 turdan sonra 44 xalı olan “Ximki” 16 iştirakçı arasında 8-ci pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: