Kamran Əliyev rəsmən Tula “Arsenal”ında

Azərbaycanın U-21 yığmasının sabiq yarımmüdafiəçisi Kamran Əliyev Rusiyanın “SKA-Xabarovsk” klubundan ayrılıb. Arena.az xəbər verir ki, 23 yaşlı vinger bundan sonrakı karyerasını Tula “Arsenal”ında davam etdirəcək.

Bu barədə Tula klubunun rəsmi saytı məlumat yayıb. Lakin tərəflər arasındakı müqavilənin müddəti və digər detalları açıqlanmayıb.

Kamran Əliyev Rusiyanın “Ximki” klubunun yetirməsidir. O, sözügedən klubun əsas komandasında 100 matça çıxıb, 19 qol vurub.

Futbolçu son 2 mövsümü “SKA-Xabarovsk”da keçirib. O, bu komandanın heyətində meydana çıxdığı 28 oyunda 4 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, geridə qalan mövsümün nəticələrinə əsasən Rusiya Premyer Liqasında sonuncu pilləni tutan Tula “Arsenal”ı elitanı tərk edib. Bu komandada Rusiya futbolunun yetirməsi olan daha bir azərbaycanlı futbolçu – Ayaz Quliyev də çıxış edir. Lakin onun bu yay Tula klubundan ayrılaraq Premyer Liqada mübarizə aparan klublardan birinə çemməsi gözlənilir.

Xəbəri sosial şəbəkələrdə paylaş: