Azərbaycanın gənclərdən ibarət milli komandasının sabiq hücumçusu Kamran Əliyev Tula “Arsenal”ında növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, 23 yaşlı futbolçu Rusiya Birinci Liqasının 7-ci turu çərçivəsində baş tutan “Yenisey”lə matçın iştirakçısı olub.
“Arsenal” doğma meydanda baş tutan bu qarşılaşmadan heç-heçə ilə ayrılıb – 2:2.
Kamran Əliyev bu matçın ilk dəqiqələrindən meydanda olub və 66-cı dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 23-cü dəqiqədə azərbaycanlı hücumçu vurub.
“Arsenal” 7 turdan sonra 10 xalla 9-cu pillədə qərarlaşıb.


