Azərbaycanlı futbolçu Kamran Əliyev Rusiyanın “Arsenal” (Tula) klubunun heyətində növbəti matçına çıxıb. Arena.az xəbər verir ki, gənclərdən ibarət milli komandamızın sabiq hücumçusu Rusiya Birinci Liqasının 19-cu turu çərçivəsində baş tutan “Akron”la matçın iştirakçısı olub.
Tula təmsilçisi Tolyatti klubu ilə rəqib meydanında qarşılaşıb. Tərəflər meydanı heç-heçə ilə tərk ediblər – 0:0.
Kamran Əliyev bu görüşə start heyətdə başlayıb və 80-ci dəqiqədə əvəzlənib.
“Arsenal” 19 turdan sonra 32 xalla 5-ci pillədə qərarlaşıb.


